“İntiqamımız ağır olacaq” – İrandan sərt açıqlama

10-06-2017, 08:19           
“İntiqamımız ağır olacaq” – İrandan sərt açıqlama
Tehranda qeydə alınan terror hadisəsindən sonra İran İnqilab Mühafizəçiləri komandir müavini Hüseyn Selami bəyanat verərək qisaslarını alacaqlarını deyib.

Moderator.az xəbər verir ki, İran dövlət televiziyasına danışan İnqilab mühafizəçilərinin komandiri Hüseyn Selami “Hücumların intiqamını alacağıq, bunun harada və necə olacağı bizdə gizlidir.
İntiqamımız bizə edilənin min mislindən daha ağır olacaq və millətimiz bunu görəcək” deyib.

Daha bir açıqlama isə İranın ruhani lideri Ayətullah Əli Xamaneyidən gəlib. İran Dövlət Televiziyasına danışan Xamaneyi: “Bu hücumlar millətimizin terrorla mübarizə əzminə zərər verməyəcək. ABŞ və Səudiyyə Ərəbistanı kimi regional köməkçi hökumətlərə qarşı nifrəti artıracaqdır”.

Xatırladaq ki, İranın paytaxtı Tehranda çərşənbə günü Parlamentin və Ayətullah Xomeyninin məzarına edilən iki hücumda 16 nəfər həyatını itirmiş, 40-dan çox insan yaralanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.