Bu ölkə Qətərlə əlaqələri kəsməyi rədd etdi – “Mümkün deyil”

10-06-2017, 13:55           
Bu ölkə Qətərlə əlaqələri kəsməyi rədd etdi – “Mümkün deyil”
Eritreya Qətər ilə əlaqələri kəsməyi tələb edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərinin bu istəyini rədd edib.
Avropa.info xəbər verir ki, Eritreyanın xarici işlər nazirliyindən verilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlaqələrin kəsilməsi ilə bağlı tələbinin rədd edildiyi bildirilir.
“Qatar ilə əlaqəsi olan digər dövlətlər kimi Səudiyyə Ərəbistanı və BƏƏ-nin qardaş Doha ilə əlaqələrimizi kəsməklə bağlı tələbi gəldi. Biz bu tələbi tamamilə rədd etdik. Qardaş Qətər xalqı və dövləti ilə bizim dərin əlaqələrimiz var. Sözügedən ölkələrin embarqo qərarı ilə əlaqələrimizi kəsməyimiz mümkün deyil.”
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir və Yəmənin ötən həftənin bazar ertəsi günü Qətər ilə bütün diplomatik əlaqələri kəsdiklərini açıqlaması ilə başlayan böhran daha da dərinləşir.
Ölkəsinin hava məkanını Qətərin üzünə bağlayan Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn qətərli diplomatların 48 saat ərzində ölkəni tərk etmələrini tələb etmişdi. Səudiyyə Ərəbistanı həmçinin Qətərin yeganə quru sərhədini də bağlamışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.