“Nemtsov öldürülən gecə əsas təqsirkar kompüterdə oynayıb” - Vəkil
9-07-2015, 13:36
Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsinə görə əsas təqsirkar hesab edilən Zaur Dadaev kompüterdə oynayıb və soyuqlamadan müalicə olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu onun vəkili Şamsudin Tsakaev deyib.
Onun sözlərinə görə, fevralın 27-də o üç dostu ilə birgə olub və bunu onun alibi (cinayət zamanı müttəhimin cinayət yerində deyil, başqa yerdə olması) də təsdiqləyir. Dadaevin ifadəsinə görə, o, məscidə getdiyi Oçakovo-Matveyevski rayonunu tərk etməyib, sonra isə birgə hərbi xidmət etdiyi Ruslan Qeremeevlə görüşüb.