Alman alimlər ölümdən sonra həyat olduğunu sübut etdi

10-06-2017, 23:57           
Alman alimlər ölümdən sonra həyat olduğunu sübut etdi

Moderator.az xəbər verir ki, Berlindəki alimlərdən inanılmaz açıqlama gəlib.

Belə ki, Alman həkimlər və psixoloqlar ölümdən sonra həyatın olduğunu bildiriblər. Bunu da apardıqları bir klinik təcrübə ilə sübut ediblər. Bu təcrübədə ölümdən sonra həyatın olduğunu göstəriblər. Bu nəticəyə də professorlar tərəfindən ölümlə burun-buruna gəlmiş xəstələr üzərində aparılan araşdırma vasitəsilə gəliblər. Belə ki, xəstələr 20 dəqiqə ölü qaldıqdan sonra həyata geri qaytarılıblar. Təcrübə könüllü olaraq müraciət edən 900 nəfər üzərində həyata keçirilib və 4 il davam edib. Araşdırma zamanı epinefrin və dimethytryptamine qarışığından meydana gələn bir dərmandan da istifadə edilib. Bu maddələr ölüm və yenidən canlanma zamanı bədəni canlı və olduğu kimi saxlamağa kömək edib

Tədqiqatın ilk addımında xəstələr klinik olaraq ölüm halına gətirilib, sonra koma halına gətirilib. Koma halında olan xəstələrə yuxarıda qeyd etdiyimiz dərman kombinasiyası verilib. Yenidən canlandırma zamanı dərmanlar xəstənin qanından ozonla təmizlənib.
Bu təcrübə Eto Marka adı verilən ürək masajı aləti kəşfindən sonra aparılıb. Bu avadanlıq illərdir ki, ən az 40 dəqiqə, ən çox 1 saat arası ölü qalan xəstələr üçün istifadə edilir.

Həkimlər daha sonra bütün könüllülərin təcrübələrini izləyib və təhlil edib. Bütün təcrübələrin bir-birinə çox oxşar olduğu görülüb. Könüllülərin xatırladıqları şeylər kiçik fərqliliklər olmasına baxmayaraq, demək olar ki, eyni olub. Demək olar ki, bütün könüllülər ruhun bədəndən ayrılmasını, istilik, rahatlıq kimi hisslər yaşayıb və güclü bir işıq hiss ediblər. Könüllülərin dini inanclarının hiss edilən şeylərə və baş verən təcrübələrə heç bir təsiri olmayıb. İştirakçılar müsəlman, yəhudi, hindu, xristian və ateistlərdən ibarət olub.
Təcrübə aparan mütəxəssislər və könüllülər təbii ki, işin nələrlə nəticələnə biləcəyinin fərqində olublar. Həkimlər daha sonra bütün könüllülərin təcrübələrini izləyib və təhlil ediblər. Bütün təcrübələrin bir-birinə çox oxşar olduğu görülüb. Daha əvvəllər aparılan ölümdən sonrakı həyatla bağlı təcrübələr dəqiq nəticələr verməsə də bu təcrübə ölümdən sonrakı həyat üçün bir çox sübutlar təqdim edir.

Nəticələr insanlar üçün qəbul edilməz olsa da ən azından "ölümdən sonra həyat varmı" sualına bir cavabdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.