Poroşenko Ukrayna-Aİ arasında vizasız rejimin tətbiq edilməyə başlandığını elan edib

11-06-2017, 07:57           
Poroşenko Ukrayna-Aİ arasında vizasız rejimin tətbiq edilməyə başlandığını elan edib
Ukrayna prezidenti Pyotr Poroşenko ölkə vətəndaşları üçün Aİ ilə vizasız rejimin tətbiq edilməyə başlandığını təntənəli şəkildə elan edib.

APA-nın xəbərinə görə, bu barədə Poroşenko “Facebook” sosial şəbəkəsində bildirib: “Ukrayna üçün vizasız rejimin tətbiqinə başlanıldı! Avropaya eşq olsun! Ukraynaya eşq olsun!”.

Qeyd edək ki, Ukrayna vətəndaşları biznes, turizm və ailə səyahətləri də daxil olmaqla 90 gün ərzində Şengen zonasında qala bilərlər. Sənəd iyunun 11-dən qüvvəyə minib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.