Moskva ətrafında məhv edilən silahlı şəxs 4 xüsusi təyinatlını yaralayıb

11-06-2017, 07:58           
Moskva ətrafında məhv edilən silahlı şəxs 4 xüsusi təyinatlını yaralayıb
Moskva ətrafında 4 nəfəri qətlə yetirən silahlı şəxsin zərərsizləşdirilməsi əməliyyatı zamanı 4 xüsusi təyinatlı yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə hadisə yerinə baş çəkən Rusiya DİN rəhbəri Vladimir Kolokoltsev bildirib.

“Cinayətkar mühasirəyə alınmışdı. Bir neçə saat ərzində atəş açıb, qumbaralar atıb. Ümumilikdə 14 partlayış olub, 4 xüsusi təyinatlı yaralanıb. Yaralar yüngüldür, onların səhhətinə heç bir problem yoxdur”, - deyə nazir bildirib.

Nazir təhlükəli cinayətkarın zərərsizləşdirilməsi əməliyyatına görə “Rosqvardiya”nın bütün heyətinə minnətdarlıq elan edib.

Xəbər verildiyi kimi, Moskva ətrafında kişi ov tüfəngi ilə evinin pəncərəsindən yoldan keçənlərə atəş açaraq 4 nəfəri qətlə yetirib. İnsident Ramenski rayonunun Kratovo qəsəbəsində baş verib.

“İnterfaks”ın xəbərinə görə, hadisəyə səbəb ailə üzvləri və ya qonşularla məişət zəminində baş vermiş münaqişə olub. Atəş açan şəxsin sərxoş olduğu bildirir.

Bir neçə gün əvvəl Tver əyalətində elektrik ov tüfəngindən 9 nəfəri qətlə yetirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.