Qətərin Müdafiə nazirindən sensasion açıqlama : “PKK terror təşkilatının liderləri ilə Birləşmiş Ərəb Əmirlikləri arasında gizli görüş keçrildi və biz bu haqda Türkiyəyə məlumat verdik”

11-06-2017, 11:44           

Körfəz ölkələrindən sanksiyalarla üzləşən Qətər sensasion açıqlama ilə çıxış edib.
Avropa.info xəbər verir ki, Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə maliyyə və siyasi dəstək verdiyi bildirilən Birləşmiş Ərəb Əmirliklərinin terror təşkilatı PKK ilə də əlaqələri üzə çıxıb.
Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyeyi Qətərli jurnalist Qadir Qolkariana verdiyi açıqlamada,bu ilin may ayında terror təşkilatı PKK -nın liderlərinin BƏƏ rəhbərliyi ilə görüşdüyünü və kəşfiyyat məlumatları əsasında əldə etdikləri bilgiləri Türkiyəyə verdiklərini deyib.
Jurnalist Qadir Qolkarian bu haqda məlumatı sosial media hesabından yayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.