Rusiyada 4 nəfəri öldürən kişinin məktubu tapıldı VİDEO

11-06-2017, 19:07           

Moskva ətrafındakı Ramensk rayonunun Kratova qəsəbəsindəki evində 4 nəfəri öldürüb, hüquq-mühafizə orqanlarının 5 əməkdaşını yaralayan İqor Zenkov məktubu tapılıb.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, məktub cinayətkar neytarllaşdırıldıqdan sonra aşkar olunub.

Məlumata görə, Zenkov məktubunda atası Yuri Zenkova müraciət edib. O, qonşuları ilə qarşılıqlı münasibətdən, ümumi yorğunluqdan və mürəkkəb həyatdan şikayətlənib.
"Yaşamaqdan yorulmuşam", - Zenkov məktubunu belə yekunlaşdırıb.

Xatırladaq ki, o, iyunun 10-da axşam saatlarında evində qonşularına atəş açıb. Polis hadisə yerinə gələndə onlara da atəş açmağa başlayıb.

Zenkovun zərərsizləşdirilməsi əməliyyatı gecə yarısına qədər davam edib.

[media=https://www.youtube.com/watch?v=cup2l7MT_dE]













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.