Şimali Koreyanın PUA-sı vuruldu

13-06-2017, 20:09           
Şimali Koreyanın PUA-sı vuruldu
Şimali Koreya Cənubi Koreyanın hərbi sirlərini öyrənmək üçün pilotsuz uçan aparatdan istifadə edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Cənubi Koreyanın Müdafiə naziri Xan Min Qu söyləyib.

Aparatın Şimali Koreya aid olmasından şübhələnən müdafiə naziri PUA-nın THAAD raketlərinin 10-a yaxın fotosunu çəkdikdən sonra Cənubi Koreya ərazisində yerə düşdüyünü vurğulayıb. Onun sözlərinə görə, bu aparat 2014-cü ildə Cənubi Koreyada vurulan Şimali Koreyaya aid başqa bir pilotsuz uçan aparata çox bənzəyir.

Qeyd edək ki, BMT keçən ilki hesabatında Cənubi Koreyaya Şimali Koreyadan 300-ə yaxın pilotsuz uçan aparatın göndərildiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru