FED uçot dərəcəsini qaldırdı

15-06-2017, 07:58           
FED uçot dərəcəsini qaldırdı
Qlobal bazarların səbirsizliklə gölədiyi qərar açıqlandı.

“Marja” xəbər verir ki, ABŞ Mərkəzi Bankı Fed-in İyun ayı iclası başa çatıb.

İclasda qəbul olunmuş qərarla uçot dərəcəsini (faiz) 0,75%-1.00% aralığından 1.00%-1.25% aralığına qaldırılıb. Beləliklə, Fed faizi 0,25 faiz bəndi artırıb.

İnvestorlar da Fed-in faizi bu nisbətdə artıracağını gözləyirdilər.

Fed sədri Janet Yellen Bakı vaxtı ilə saat 22:30-da mətbuat konfransı keçirəcək.

Bank son olaraq Mart ayında faizin 25 bənd artımla 0,75-1,00 faiz aralığına yüksəltmişdi.

“Fed 2017-də daha bir dəfə faiz artırımı nəzərdə tutur”, – qərar mətnində deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru