ABŞ konsulluğunda qorxulu anlar yaşandı: "Üzərimdə bomba var"

16-06-2017, 00:27           

ABŞ-ın İstanbulda yerləşən Baş Konsulluğunda qorxulu anlar yaşanıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran əsilli Amerika vətəndaşı olan şəxs konsulluğun önündə qışqıraraq üzərində bomba olduğunu deyib.

Konsulluğun təhlükəsizlik xidməti dərhal polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə baxış keçiriblər.

Məlum olub ki, onun üzərində hər hansı partlayıcı maddə yoxdur.

Adı açıqlanmayan şəxsin əqli probleminin olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru