Dünyanın 8-ci möcüzəsi burda olub: TAPILDI

18-06-2017, 13:06           
Dünyanın 8-ci möcüzəsi burda olub: TAPILDI
Dünyanın səkkizinci möcüzəsinin yeri tapılıb.

Bu iddia ilə müstəqil araşdırmaçı Reks Bann və Yeni Zellandiyanı Milli Kitabxanasının əməkdaşı Saşa Holden çıxış edib. Onların bu barədə məqaləsi “Journal of the Royal Society of New Zealand”da dərc olunub.

Araşdırmaçılar Ağ və Çəhrayı Terraslar- Otukapuaranqinin yerinin müəyyənləşdirdiklərini bildiriblər. Bunun üçün müəlliflər kartoqraf Ferdenand fon Hoştetterin 1859 –cu ildəki gündəliyini araşdırıblar. Həmçinin 1886-cı il olaylarını araşdırıblar. Həmin materiallar dünyanın 8-ci möcüzəsinin məhvindən bəhs edir. Müəlliflər belə qərara gəliblər ki, terraslar Şimal adasındakı indiki Rotomahan gölündən 9-15 metr məsafədə yerləşib.

Bu terraslar 1886-cı ildə Taravera vulkanın püskürməsi nəticəsində dağılıb. /Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru