Keçmiş birinci ledi Donald Трамп ilə sevgi romanı haqda DANIŞDI: FOTOLAR
18-06-2017, 14:15

Fransanın keçmiş birinci xanımı Karla Bruni, həmçinin şairə-musiqiçi, İtaliya-Fransa top-modeli və müğənni, bəstəkar ABŞ prezidenti Donald Трамп ilə romanı haqqında danışıb.
PRESSDAY.az xəbər verir ki, 49 yaşlı Bruni yeni müsahibəsində onunla 25 ildən çox əvvəl Donald Trampla yaşadığı sevgi romanı haqda yayılan söhbətlər haqda da danışıb.
Məsələ burasındadır ki, 1991-ci ildə milyarder prezidentin növbəti qız dostu Marla Meylz olub. Günlərin birində onların fotosu “Hər şey bitdi” başlığı ilə “New York Post”un üz qabığında çap olunub.
Jurnalistlər iddia ediblər ki, Tramp Meylzi Bruninin xətrinə atıb.
“Tramp, görünür dəlidir. Bu həqiqətdən uzaqdır və mən bu şayiələrdən çox təəssüflənmişəm. Biz yalnız bir dəfə Nyu-Yorkda xeyriyyə gecəsində görüşmüşük. Ondan bəri bir daha görüşməmişik”, - Bruni söz-söhbətlərə belə münasibət bildirib.
Onun ABŞ-ın 45-ci prezidenti haqda fikri təxminən belədir:
“Mən mənasız şayiələri eşidib təəssüfləndim, ümumiyyətlə, o, mətbuata necə çıxıb?
Mən Donald barədə indi nə deyə bilərəm?
Hesab edirəm ki, demokratiya diktaturadan yaxşıdır.
Demokratiya – bu seçkilərdir. Odur ki, biz demokratiyaya hörmət edirik”.

