Milyarder qadın oğlunun toyu üçün 365 milyon xərclədi
18-06-2017, 14:18

Dünyanın ən varlı qadınlarından biri, Nigeriyadan olan milyarder 66 yaşlı Folorunşo Alakidji Böyük Britaniyanın qədim Blenhemsk sarayında oğlu Folarinanın və onun sevgilisi, İrandan olan model Nazənin Cafarian Caysasarifanın nikah mərasimi şərəfinə kral ziyafəti təşkil edib.
PRESSDAY.az xəbər verir ki, Alakidjinin ailəsinin evi Nigeriyanın Laqosda yerləşsə də, Folraina və onun nişanlısı Nazənin Cafarian toyu İngiltərədəki adıçəkilən sayarda etmək qərarına gəliblər.
Qonaqların kral qəbulu nigeriyalı milyarderə 5 milyon funt sterlinqə başa gəlib.
Sarayın təkcə icarəsinə 33 min funt sterlinq ödənilib.
Folorunşo qədim binanın bəzədilməsi üçün məşhur nəbatat alimi Ceffa Litamanı tutub.
O, gənclər üçün ağappaq nağıl dünyası yaradıb. Sarayın bəzədilməsinə 200 min funt sterlinq dəyərində milyonlarla canlı ağ qızılgül və səhləb çiçəyi alınıb.
O, özünə kömək üçün 30 nəfər götürüb. Ona gördüyü işə görə 250 min funt sterlinq verilib.
Mərasim şou-biznesin ulduzlarısız da keçməyib. Bu əhəmiyyətli hadisədə Victoria`s Secretin “mələyi” Şanina Şeyk iştirak edib.
Qonaqları öz mahnıları ilə Amerikanın R&B-müğənnisi Robin Tik əyləndirib. Gecənin əsas çərəzi demək olar 2 metr hündürlükdə tort olub.
Gəlinin mərasimin rəsmi hissəsindəki geyiminə gəldikdə, iranlı model atlasdan ağ paltar geyinib. Onun obrazını fata, brilyant boyunbağı, sırğa və bilərzik tamamlayıb.
Nazənin sonradan gecə boyu rəqs etmək üçün paltarını dəyişib.
Folorunşo Alakidja dünyanın ən varlı qadınlarından biri hesab olunur.
Onun 1,68 milyard dollarlıq kapitalı olduğu bildirilir.
O, “Forbes”in reytinqində 18-cı sıradadır.