ABŞ `erməni soyqırımı`na `YOX` dedi - VİDEO

13-04-2015, 17:37           
ABŞ `erməni soyqırımı`na `YOX` dedi - VİDEO
Ermənilərin qordarma “soyqırım”la bağlı yalanları davam edir. Bir əsrdir dünyanı öz yalanlarına inandırmağa çalışan İrəvan “soyqırım”ın qəbul edilməsi üçün dəridən, qabıqdan çıxır, ən çirkin yollara belə ət atmaqdan çəkinmir. Tarixi təhrif üzərinə qurulan Ermənistanın bu sərsəm iddialarına ABŞ-da münasibət birmənalı deyil. Amerika alimləri də qondarma erməni soyqırımının olmadığını təsdiqləyirlər.

ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın məsləhətçisi Brus Fein erməniləri məyus edib: “1915-ci ildə Osmanlı imperatorluğunda ermənilərin öldürülməsinin soyqırım olması ilə bağlı heç bir sübut yoxdur. Bu sadəcə “Ağ ev”ə deyil, həm də digər qurumlara təqdim olunan sənədlər üçün keçərlidir. Reyqanın prezidentliyi dönəmində bu məsələ araşdırılmış və soyqırım iddialarının əsassız olduğu sübuta yetirilmişdi. Osmanlı imperatorluğu etnik azlıqlara xüsusi diqqət göstərmiş, onları himayə edib.

“Ağ ev” tərəfindən aparılan araşdırmalar nəticəsində Birinci dünya müharibəsi zamanı Şərqi Anadoludakı müsəlman türklərinin itkilərinin 2 milyon, ermənilərin isə 300 mindən -600 minə qədər olduğu məlum olub. Amma ermənilər itkilərinin sayını süni şəkildə artırmışlar.

Keçmişdə yaşananlar orta tragediya idi. Qondarma erməni soyqırımı əslində yaşandımı?”.

AzVision.az-ın təqdim edəcəyi videoda amerikalı alimlər qondarma erməni soyqırımının əslində yaşanmadığını faktlarla sübuta yetirirlər:
[media=https://www.youtube.com/watch?v=bGPPbb5ytUw]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.