O qədər zəngin ölkəyik ki... – Qətər

7-07-2017, 14:57           
O qədər zəngin ölkəyik ki... – Qətər
O qədər zəngin ölkəyik ki, heç kim bizi təhdid edə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Qətərin Maliyyə naziri Əli Şərif əl-Emadi “Tayms” qəzetinə müsahibəsində deyib.

O, ölkəsinin iqtisadiyyatını rəsmi Dohaya embarqo tətbiq edən ölkələrin iqtisadiyyatı ilə müqayisə edib. Əl-Emadi iqtisadi cəhətdən bu ölkələrdən daha güclü olduqlarını bildirib.

Qeyd edək ki, hazırda Qətərə embarqo tətbiq edən ölkələrdən Bəhreyn və Misirin kredit borcları var, Səudiyyə Ərəbistanı isə Qətərlə müqayisədə 60 faiz daha az inkişaf edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru