ABŞ Marsa insan göndərəcək — Koloniyaların qurulmasına start verilir?

7-07-2017, 15:44           
ABŞ Marsa insan göndərəcək — Koloniyaların qurulmasına start verilir?
ABŞ-ın vitse-prezidenti Mayk Pens Kennedi Kosmik Mərkəzində çıxış edib.

"Ölkə.Az" xəbər verir ki, Pens ABŞ-ın Marsa insan göndərəcəyi barədə söz verib.

ABŞ-ın vitse-prezidenti deyib: "Buradan "Habbl" kosmik teleskopu, "Yeni horizontlar" teleskopu və digər texnoloji möcüzələr start götürüblər. Onlar bizə keçmişimizə pəncərə olan planetlər arasında qonşularımızı, uzaq ulduzları və sonsuz qalaktikanı göstərdilər".

Mayk Pens söz verib ki, ABŞ Marsa insan göndərəcək: "Buradan-bizim kosmosa olan körpüdən Aya insan göndərəcəyik. Biz elə edəcəyik ki, amerikalının ayağı Marsa da dəysin".

Qeyd edək ki, bir müddət əvvəl britaniyalı alim Houkinq bildirmişdi ki, Ayda və Marsda koloniyalar qurulmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru