Hippokratın yeni əlyazması tapıldı?- HƏKİMLƏR ÜÇÜN TƏZƏ XƏBƏR

8-07-2017, 10:03           
Hippokratın yeni əlyazması tapıldı?- HƏKİMLƏR ÜÇÜN TƏZƏ XƏBƏR
Misirdə arxeoloqlar bizim eradan əvvəl VI əsrə aid olduğu hesab edilən əlyazma tapdılar.

Moderator.az xarici İslam saytlarına istinadla yazır ki, alimlər əlyazmanın müəllifinin “tibbin atası” Hippokrat olduğunu ehtimal edirlər.

Tapıntı Sinay dağındakı Müqəddəs Yekaterina məbədinin kitabxanasının bərpa işləri zamanı aşkarlanıb. Xəbərdə bildirilir ki, yazı ikiqat dəri üzərində yazılıb və mahiyyətcə tibbi resept hesab edilir. Alimlər onu da müəyyən edib ki, əvvəlcədən dəri üzərində başqa bir yazı da yazılıb. Ancaq onu artıq bərpa etmək mümkün deyil. Misirin qədim irslər naziri Xaled əl-Ənani vacib tapıntı edildiyni rəsmən təsdiqləyib.



P.S. Deyilənə görə, Hippokratın yeni əlyazmasında onun məşhur Həkim Andına istisna əlavə edilib: “Azərbaycanın dövlət xəstəxanasında işləyən həkimlər xəstələrdən rüşvət ala bilərlər...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru