Misir 20 iyuldan etibarən diplomatlar da daxil olmaqla bütün Qətər vətəndaşlarına viza tətbiq edəcək. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, bu barədə Qahirə Beynəlxalq Hava Yollarından açıqlama verilib. Məlumata görə, Qətər vətəndaşlarına maksimum 3 aylıq viza veriləcək. Qeyd edək ki, bundan öncə qətərlilər Misirə vizasız gedə bilirdi. 5 iyunda Misir Qətərlə bütün əlaqələrini kəsdikdən sonra bir sıra sanksiyalar tətbiq edilməyə başanılıb.