Peruda güclü zəlzələ baş verib

18-07-2017, 10:18           
Peruda güclü zəlzələ baş verib
Perunun cənubunda 6,6 gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Kamana şəhərindən 104 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın Komandor adaları yaxınlığında, Berinq dənizində 7,4 bal gücündə zəlzələ baş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.