"10 mindən çox döyüşçü müharibəyə hazırdır"

18-07-2017, 10:48           

Suriyanın Həma, Xüms və İdlib şəhərlərində on mindən çox döyüşçü Fəth əl-Şam (keçmiş adı Nüsrə Cəbhəsi) qruplaşmasına qarşı savaşa hazırdır.

Bu açıqlama ilə Suriya Milli Sülh və Atəşkəs Şurasının sədri Şeyx Saleh Nəimi çıxış edib.

Nəimi Rusiyadan dəstək veriləcəyi təqdirdə terrorçulara qarşı döyüşməyə hazır olduqlarını bildirib.

Ankarada silahlı müxalifət və rus nümayəndələr arasında ən qısa müddətdə danışıqlar aparılmasını istədiklərini deyən Nəimi əmr verilərsə, Deyr əz-Zoru azad etmək üçün əməliyyatlara başlayacaqlarını qeyd edib.(axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru