75 il əvvəl itkin düşmüş ərlə arvadın meyitləri tapılıb

19-07-2017, 00:29           
75 il əvvəl itkin düşmüş ərlə arvadın meyitləri tapılıb
İsveçrənin Alp dağlarında əriyən buzlaqların arasında 75 il əvvəl itkin düşmüş ərlə arvadın meyitləri aşkarlanıb.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, 1942-ci ilin avqust ayında Marselen və Fransin Dümulen cütlüyü – Vale kantonunun Şandolen kəndinin sakinləri – inəkləri sağmaq üçün evdən çıxıblar və geri qayıtmayıblar.

Onların meyitləri buzlaqların arasında – dəniz səviyyəsindən 2500 metr yüksəklikdə tapılıb. Tsanfleron buzlağının Le-Dyablere dağ xizəyi kurortunun yaxınlığında yerləşdiyi bildirilir.

Meyitlərin üzərindən bu illər ərzində yaxşı qorunub saxlanılmış sənədlər tapılıb. Meyitlərin buzlaqda qaldıqları üçün ideal vəziyyətdə olduğu deyilir.

İtkin düşmüş cütlüyün 79 yaşlı qızı Marselen Udri-Dümulen deyib ki. bütün bu illər ərzində axtarışlar dayandırılmayıb. Bütün bu faktlara baxmayaraq, aşkar edilmiş meyitlərin şəxsiyyətlərinin dəqiqləşdirilməsi üçün DNT analizi aparılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru