Rusiyada zənginlərdən 500 mlrd. rubl "almaq" təklif olunub

19-07-2017, 00:31           
Rusiyada zənginlərdən 500 mlrd. rubl "almaq" təklif olunub
Rusiya İctimai Palatasının katibi Valeriy Fadeyev Dövlət Dumasında zəngin ev təsərrüfatlarının xəzinəyə 500 mlrd.rubl və ya 8,3 mlrd. ABŞ dolları ödəmədiklərini bildirib.

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, o, çıxışında "Rusiyada həqiqətən çox zəngin 200-300 min adam var: "Bunlar maaşı orta sinif kimi 500 min-1 mln. rubl (8300-16600 dollar) olan insanlar deyil. Çox bahalı maşın, böyük ev, xaricdə mülkləri olan insanlardır. Hesablamalarımıza görə, bu zənginlər xəzinəyə 500 mlrd. rubl az ödəyirlər."

V.Fadeyev onlardan bu vəsaiti almağın zəruriliyini vurğulayıb: "Bu insanlardan pul almaq çətindir. Onlar öz aktivlərini çox gözəl idarə edirlər. İnzibati qaydada bunu etmək mürəkkəb olsa da, bunu etmək lazımdır. Vergi dərəcələrini artırmağa ehtiyac yoxdur, bu insanların ödəməli olduğu pulu almaq lazımdır."

Qeyd edək ki, iyun ayının əvvəlində Rusiyanın biznes-ombudsmanı Boris Titov hökumətin zənginlərə təzyiqi azaltmasının vacibliyini bildirib. O, əks halda zənginlərin yerin altına çəkiləcəyini və ya xarici rezidentə çevriləcəyini xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru