İranda nəşr edən "Alalam" televiziyasının İranın Qətərdə hərbi baza açdığı barədə xəbəri sosial mediada böyük əks-səda doğurub.
Axar.az xəbər verir ki, xüsusilə Səudiyyə Ərəbistanından kəskin etirazlar edilib.
Sosial şəbəkə istifadəçiləri İranın bu addımının qəbuledilməz olduğunu, bunun fəlakətə yol açacağını bildiriblər və İranın İraqla eyni taleyi yaşayacağını vurğulayıblar.