Son dəqiqə : İsrail əsgərləri Qüds müftisini vurdu – Din xadimi təcili xəstəxanaya çatdırıldı

19-07-2017, 01:33           

İsrail əsgərləri Fələstinin Qüds şəhərinin müftisi, Qüds İslami Heyətinin sədri Şeyx İkrimə Sabrini vurub.
Avropa.info xəbər verir ki, hadisə Məscidi Aksada işa namazı qılınan əsnada baş verib.
Məsciddə namaz qılınan zaman əraziyə gələn əsgərlər müftini plastik güllələrlə vuraraq yaralayıblar. Huşunu itirən din xadimi təcili xəstəxanaya çatdırılıb.
Məsələylə bağlı açıqlama verən Həmas liderlərindən biri İsmayıl Radvan İsrailin bu addımını sərt şəkildə qınayaraq, bu olayın savaşa yol aça biləcəyini deyib.
Qüds müftisindən başqa daha 14 nəfərin yaralı olduğu qeyd edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.