G-20 çərçivəsində Putin və Tramp arasında daha bir görüş olubmuş

19-07-2017, 08:39           
G-20 çərçivəsində Putin və Tramp arasında daha bir görüş olubmuş
Rusiya prezidenti Vladimir Putin Hamburqda keçirilmiş G-20 sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla daha bir qeyr-rəsmi görüş keçiribmiş. APA-nın xəbərinə görə, bu barədə “Reuters”ə Ağ Evdəki adı çəkilməyən məmur bildirib.

“The Hill” nəşri də “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri İan Bremmerə istinadən ikinci görüşün keçirildiyini iddia edir. Bremmer prezidentlərin rəsmi danışıqlardan sonra şam yeməyi zamanı təkrar görüşdüklərini bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşündə yalnız Putinin tərcüməçisi iştirak edib. “Amerika tərəfindən tərcüməçinin görüşdə iştirak etməməsi ABŞ milli təhlükəsizik protokolunun ciddi pozulması deməkdir”, - “Eurasia Group” beynəlxalq konsaltinq şirkətinin rəhbəri

Görüşdə müzakirə edilən məsələlər barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru