Prezidentin mühafizəçilərinə silahlı hücum: 5 yaralı

19-07-2017, 14:02           

Filippin prezidenti Rodriqo Dutertenin mühafizə xidmətinə silahlı hücum oub.

Cebhe.info xarici mətbuata istinadən bildirir ki, silahlılar prezidentin mühafizəçilərinə Kotabato əyalətində hücum ediblər. Mühafizə xidməti prezidentin səfərinə hazırlıq məqsədilə bölgəyə gedib, ancaq onları buraxılış məntəqəsində silahlı şəxslər saxlayıb. Əsgər forması geyinən silahlılar 50 nəfər olub.

Ehtimallara görə, silahlı şəxslər ölkədəki Kommunist Partiyasının üzvləri və tərəfdarları olub.

Atışmada prezidentin mühafizə xidmətinin 5 əməkdaşı yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru