İngiltərədə Ceyn Ostinin portreti olanəsginas dövriyyəyə buraxılacaq
20-07-2017, 00:04
Sentyabrın 14-dən İngiltərədə 10 funt-sterlinq nominalında yeni əsginas dövriyyəyə buraxılacaq. Pulun üzərində ingilis ədəbiyyatının klassiklərindən olan Ceyn Ostin təsvir ediləcək.
Azərtac "vistanews.ru"ya istinadla xəbər verir ki, əsginas iyulun 18-də Vinçester şəhərinin kilsəsində rəsmən təqdim olunub. Bu əsginas bütünlüklə sintetik polimerlərdən ibarətdir. Pulun sol küncündə iki qabarıq nöqtə var ki, bu da zəif görən insanlara yeni əsginası digərlərindən fərqləndirməkdə kömək edəcək.
Bankın rəhbəri bildirib ki, onlar məhz Ceyn Ostini ona görə seçiblər ki, onun romanları indiyə qədər aktualdır və o dövrün ədəbiyyatında inanılmaz uğurlara nail olub. Həmçinin bu il İngiltərədə klassikin ölümünün 200 illiyi qeyd olunacaq.