Rusiya vətəndaşı Latviya MN-nin binası üzərində PUA uçurdarkən saxlanıb
26-07-2017, 09:04
Rusiya vətəndaşı Latviya Müdafiə Nazirliyinin (MN) binası üzərində pilotsuz uçan aparat (PUA) uçurdarkən saxlanıb. «Delfi»-nin xəbərinə görə, hadisə dünən axşamdan xeyli keçmiş qeydə alınıb.
«Dron»un operatoru sonrakı istintaq hərəkətlərini aparmaq üçün Dövlət polisinə təhvil verilib.
Xatırladaq ki, 4 iyul 2017-ci ildə ölkənin hökuməti MN binasının yaxınlığında dronların hərəkətini və yerdəyişməsini qadağan edən qaydalara düzəlişi təsdiqləyib. Təsdiqlənmiş qaydalara görə, pilotsuz aparatlar MN-nin binasına 50 metrdən artıq yaxınlaşa bilməz.
Eyni zamanda, bu ildən qüvvəyə minmiş qaydalara görə, dronlar Latviya Milli silahlı qüvvələri tərəfindən istismar olunan hərbi infrastruktur obyektlərinə 500 metrdən artıq yaxınlaşa bilməz. AzPolitika.info