"Amazon" şirkətində Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb

5-08-2017, 09:14           
"Amazon" şirkətində Trampın tvitləri olan tualet kağızları satışa çıxarılıb
ABŞ prezidenti Donald Trampın tvitləri olan tualet kağızları "Amazon" onlayn fərdi satış şirkətində satışa çıxarılıb.
"Report" xəbər verir ki, bu barədə "Washington Examiner" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, kağızlar arasında Trampın prezident seçilməsindən əvvəlki fikirlərinin yer aldığı tvitlər də var. Bir tualet kağızı bağlamasının ekspress çatdırılma ilə birlikdə qiyməti 11,99 dollardır.
Qəzetin məlumatına görə, cümə gününün birinci yarısında "Amazon" kağzıların satışından uzaqlaşmaq qərarına gələrək onu üçüncü şəxs vasitəsilə almağı təklif edib.
Qeyd olunur ki, Donald Tramp dəfələrlə "Amazon" internet şirkətinin sahibi Cef Bezosu, həmçinin olunun sahibi olduğu "The Washington Post" qəzetini tənqqid edib. ABŞ prezidenti nəşri yalan xəbərlər hazırlamaqda ittiham edib və bildirib ki, Ceff Bezos qəzetdən fərdi satışı yüksək vergilərdən müdafiə etmək üçün istifadə edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru