Bəşər tarixində ilk: İnsan geninə müdaxilə edildi

5-08-2017, 09:33           
Bəşər tarixində ilk: İnsan geninə müdaxilə edildi
ABŞ alimləri insan embrionunda xəstəlik daşıyan genlərə müdaxilə etməyi bacarıb.

Axar.az xəbər verir ki, Oreqon Sağlıq və Elm Universitetində aparılan araşdırma nəticəsində xəstəlik daşıyan DNA laboratoriya ortamında müdaxilə edilərək dəyişdirilib.

Prosesdə iştirak edən Şokrat Mitalipov DNA-nı molekulyar qayçı vasitəsi ilə təmizlədiklərini bildirib:

“Molekulyar qayçı vasitəsi ilə genin spesifik bölgəsinə müdaxilə edə bilirik. Belə ki, mutant genə çatıb, DNA-dan bir hissə götürürük. DNA-nın uzun ip kimi təsəvvür etsək, mutasiya olunmuş hissəni kəsib aradan qaldırırıq”.

Avronyus-un yaydığı məlumatda isə bildirilib ki, müdaxilə edilən embrionların 72 faizi xəstəlikdən xilas olub. Bu təcrübənin körpələrdə istifadə edilməsi və mütləq uğurlu olacağı güman edilir.

Qeyd edək ki, BMT-nin Bioetika Komitəsi 2015-ci ildə çağırış edərək insan genlərinə müdaxilənin dayandırılmasını istəmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.