Səudiyyə bu dənizdə turizm cənnəti yaradır

5-08-2017, 09:35           
Səudiyyə bu dənizdə turizm cənnəti yaradır
Səudiyyə Ərəbistanı rəhbərliyi Qırmızı dənizin ətrafındakı 50 adanı xüsusi turizm bölgəsi elan etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bölgə üçün tikinti işlərinin 2019-da başlayacağı, hava limanı tikiləcək ərazinin 2022-ci ildə tam hazır olacağı bildirilib.

Ölkənin digər bölgələrində mövcud olan geyim qadağalarının yeni turizm bölgəsinə də şamil olunub-olunmayacağı məsələsi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, alkoqolun, kino və teatrların qadağan olunduğu Səudiyyə Ərəbistanında qadınların baş və qollarının örtülü olması məcburidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru