İraqın baş naziri kürdlərin müstəqillik referendumuna qarşı...

16-08-2017, 19:53           
İraqın baş naziri kürdlərin müstəqillik referendumuna qarşı...
İraqın Kürd muxtariyyətində müstəqillik haqqında referendum regionda xaosa səbəb olacaq.

Modern.az-ın məlumatına görə, bunu İraqın Baş naziri Heydər əl-Abadi bəyan edib.
O qeyd edib ki, referendum İraqın dövlət sərhədlərinin dəyişdirilməsi deməkdir, bu isə ölkə üçün qəbuledilməzdir.

Baş nazirin sözlərinə görə, Ərbilin müstəqilliyi haqqında referendum birtərəfli qaydada keçirilə bilməz.
Qeyd edək ki, Şimali İraq Kürd muxtariyyətinin müstəqilliyi barədə referendum sentyabrın 25-ə təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru