Nazirə təhdid: “Səni ən yaxın ağacdan asacağıq”

14-04-2015, 11:20           
Nazirə təhdid: “Səni ən yaxın ağacdan asacağıq”
Türk mənşəli İctimai Demokrat Partiyasından nazir seçilən Aydan Özoğuz alman radikalları tərəfindən təhdid edildiyini bildirib.

Axar.az xəbər verir ki, “Welt am Sonntag” qəzetinə müsahibə verən nazir əvvəl də ölüm təhdidləri aldığını, amma vəziyyətin bu həddə çatacağını gözləmədiyini bildirib.

Özoğuz hər gün elektron poçt, məktub və sosial paylaşım saytlarında aldığı nifrət dolu məktubları yığdığını və polisə verəcəyini açıqlayıb: “Hər gün “Siz və digər bütün müsəlmanlar ölkəni tərk eləsinlər”, - deyə təhdid və söyüş dolu mesajlar alıram. Radikallar mənə atdıqları maillərdə daha da irəli gedib “Səni ən yaxın ağacdan asacağıq”, - deyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru