Putin dünyanın ən nüfuzlu şəxsi seçildi

14-04-2015, 11:35           
Putin dünyanın ən nüfuzlu şəxsi seçildi
ABŞ-ın “Time” jurnalı 2014-cü ilin nüfuzlu şəxslərinin adını açıqlayıb.

AzVision.az-ın istifadəçilərin səsverməsi nəticəsində formalaşan siyahıya Rusiya lideri Vladimir Putin başçılıq edir.

Rusiya lideri istifadəçilərin 6,95 faizinin səsini toplayıb. Siyahıda ikinci yeri isə “CL” ləqəbi ilə məşhur olan Cənubi Koreyanın “2NE1” pop-qrupunun ifaçısı Li Çe Rin (Lee Chae-rin) tutub. Koreyalı müğənni istifadəçilərin 6,9 faizinin səsini toplayıb.

Siyahıda üçüncü yeri Ledi Qaqa (Lady Gaga) tutub. O, 2,6 faiz səs toplayıb. Reytinqin digər bütün iştirakçıları 2 faizdən az səs yığıblar.

Məsələn Roma papası Fransisk siyahıda 9-cu, Barak Obama 11-ci (müvafiq olaraq 1,5 və 1,4 faiz səs toplayıb) yeri tutub.

Reytinqdə həmçinin Suriya prezidenti Bəşər Əsəd, Almaniya kansleri Angela Merkel, Şimali Koreya lideri və digər nüfuzlu liderlər də var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru