Avtomobil almaq istəyən şəxsin ödəmə üsulu hər kəsi heyrətə saldı - FOTOLAR

28-08-2017, 20:30           
Avtomobil almaq istəyən şəxsin ödəmə üsulu hər kəsi heyrətə saldı - FOTOLAR
Çinin Şinyanq əyalətində qəribə hadisə baş verib.
Publika.az xəbər verir ki, 110 000 dollar qiyməti olan avtomobili almaq istəyən Qann adlı şəxs avtomobilin ödəməsini qəribə üsulla edib.
O, ödəməni bank yolu ilə deyil, nağd pulla etmək qərarına gəlib. Qanın bu qərarı hər kəsi heyrətə salıb. Çünki sözügedən nağd pulun çəkisi, nə az nə çox, 4 ton civarındadır.
Bir çox bankın bu böyüklükdə rəqəmi ödəmək istəməməsi Qanı hiddətləndirib. O da bir yük maşını kirayələyərək 4 tonluq nağd pulu bankların birinə aparıb.
O, bu hərəkətilə bank işçilərinə rəsmən işgəncə verib. Çünki onlar 4 tonluq pulu saatlarla saymaq və tərəzidə çəkmək məcburiyyətində qalıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru