Harvi qasırğası Amerikanı yaman günə qoydu: “Damlara çıxın!” – Nuhun tufanını xatırladacaq fəlakət

28-08-2017, 20:55           

İki günə bir illik yağış yağıb

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Texas ştatını bürüyən Harvi qasırğası, gözlənildiyindən daha aşağı bir qüvvə ilə bölgəyə daxil olub. İlkin məlumatlara görə, 5 nəfərin həlak olduğu Harvi qasırğası, Hyuston şəhərinin sakinlərin qorxu hissi keçirməsinə, bir çox insanın da bölgəni tərk eləməsinə səbəb olub.

ABŞ-ın əhalisinin sayına görə dördüncü şəhəri olan Hyustonda minlərlə insan qayıq və vertolyot vasitəsi ilə regiondan uzaqlaşdırılıb. Texasda son 50 ildə baş verən fırtına barəsində açıqlama verən səlahiyyətli nümayəndələr, son 48 saat ərzində 66 santimetrdən artıq yağıntı baş verdiyini bildiriblər.

ABŞ-ın neft çıxarılması mərkəzlərindən biri olan Texasda Harvi qasırğası üzündən ABŞ-ın neft istehsalı 11 faiz azalıb.

“Aon Benfild” sığorta şirkətinin baş metereoloqu Stiv Bouven deyib: “Hyuston tarixində ən qorxunc bir sel fəlakəti ilə üzbəüzük. Həddindən olduqca artıq miqdarda yağıntı baş verib”.

Hyustondakı fırtına səbəbindən 1500 təyyarə reysi təxirə salınıb, əhalinin bir qismi evlərindən köçürülüb təhlükəsiz yerlərə aparılıb.

Texasın sahil qəsəbələrindəorta hesabla bir ildə yağan yağış qədər yağıntı düşdüyünü bildirən mütəxəssislər, fırtınanın sürətinin azalması ilə yaxşı, təsirinin də güclü olduğunu bildiriblər.

Tramp regiona gedir

Hustonu təsiri altına alan Harvi qasırğasından sonra 2,3 milyonluq şəhər gölə çevrilib. Dövlət işçilərinin: “Əgər eviniz suyun altında qalıbsa, ən üst mərtəbəyə yox, birbaşa evlərin damına çıxın!” deməkdən başqa çarəsi qalmayıb.

ABŞ prezidenti Donald Tramp da regiona səfər edəcəyini bildirib. Yanvar ayında Ağ Evdə işə başlayan Tramp, ilk böyük təbii fəlakətlə üzbəüz qalıb. Texasın valisi Qreq Abbot isə ştatda fövqəladə vəziyyət elan edildiyini bildirib.

4-cü kateqoriyadakı Harvi qasırğası saatda 210 km sürətlə bölgəni öz təsiri altına alıb. Beş nəfərin qasırğanın qurbanına çevrildiyi bildirilir. Fırtınanın cəngində qalan əyalətdə ölənlərin sayının artmasından ehtiyat edilir. Texasda Harvi tropik fırtınasının təsirinə ən çox məruz qalan Hyustonda məktəblər bağlanıb, polis evləri suda batanları çardaqlara yox, birbaşa damlara çıxmağa çağırıb.

Katrina qasırğasını keçəcək

Hyustonda Harvinin verdiyi zərərə şahid olan “Amerikanın səsi” müxbiri Selia Mendoza “mat qalmamaq mümkün deyil” deyib. Mendoza insanların özləri və qonşuları, sahibsiz qalan evləri üçün narahatlıq keçirdiklərini bildirib.

2005-ci ildə ABŞ-da baş verən Katrina qasırğasından sonrakı ən böyük təbii fəlakətlərdən biri olan Harvi qasırğası barəsində şok bir açıqlama verilib. Sığorta elmi-tədqiqat institutu Harvi qasırğasının verdiyi maddi ziyanın Katrina qasırğasının vurduğu zərərə yaxın olduğunu bildirib. Təşkilatın mətbuat katibi Loretta Vorters “Çox ciddi sel və du daşqınları baş verir” deyub.

Xatırladaq ki, 15 milyard dollarlıq zərər vuran Katrina qasırğası, Luiziana və Missisipini təsiri altına almışdı.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.