Çimərliyə gözlənilmədən zəhərli duman çökdü və... - FOTO/VİDEO

28-08-2017, 22:22           
Çimərliyə gözlənilmədən zəhərli duman çökdü və... - FOTO/VİDEO
Böyük Britaniyanın cənubunda sahil boyu “kimyəvi bulud” peyda olub.

Moderator.az “NTV” kanalına istinadla yazır ki, gözlənilməz texnogen olay Şərqi Sasseksdə Biçi-Hed burnu yaxınlığındakı çimərlikdə baş verib. İnsanlar dincəldikləri bir məqamda birdən-birə qəribə rəngli duman gəlib. Bundan sonra insanlarda tənəffüs və gözlə bağlı problemlər, ürəkbulanma və s. halları yarandığından çimərlik təcili şəkildə boşaldılıb və ən azı, 233 nəfər tibbi yardım alıb. Hazırda yerli hüquq müdafiəçiləri “kimyəvi bulud”un yaranmasının səbəblərini aydınlaşdırırlar.

Bundan bir müddət öncə “Daily Mail” nəşrinin çimərliyi təxliyyə etmiş təcili xidmət əməkdaşlarının yerli sakinləri dəniz tərəfdən gələn “xlor buludu” səbəbilə qapı və pəncərələri bağlamağa çağırdığı barədə məlumat verdiyi də bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru