Polis qadın borca görə fahişəlik edəndə yaxalandı
29-08-2017, 09:57

Moskvada fahiəliklə məşğul olduğuna görə saxlanılan polis əməkdaşı ilə bağlı təfərrüat məlum olub.
PRESSDAY.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, 32 yaşlı polis baş çavuşu Yelena Daxili İşlər Nazirliyinin Saratov vilayəti üzrə Baş İdarəsinin operativ növbətçisinin köməkçisidir.
Analıq məzuniyyətində olan qadın paytaxta pul qazanmaq üçün gedib.
Onun Saratov vilayətinin Balakov rayonundakı doğma kəndində 4 və 2,5 yaşında iki uşağı qalıb.
Onların hər ikisi keçmiş ərinin valideynlərinin himayəsindədir və onlar da polisdirlər.
Bundan əlavə qonşuları və tanışları deyiblər ki, Yelena “bir yığın borcuna görə təngə gəlib” və yaşadığı yerdə kollektorlar onu axtarırdılar.
Qadın doğmalarına restoranda administrator işlədiyini deyib və onları saxlanının rəfiqəsi olduğuna inandırmağa çalışıb.
Bundan əvvəl avqustun 27-də polis əməkdaşının saxlanılması haqda məlumat yayılıb.
Hüquq-mühafizə orqanları Yelenanın üzərinə baxış zamanı DİN əməkdaşının vəsiqəsi ilə yanaşı, fahişəlik zamanı istifadə etdiyi bəzi ləvazimatlar aşkar ediblər.