Ermənistan hərbçiləri Gürcüstanda ABŞ dəniz piyadaları ilə birlikdə “döyüşəcək”

30-08-2017, 17:11           
Ermənistan hərbçiləri Gürcüstanda ABŞ dəniz piyadaları ilə birlikdə “döyüşəcək”
Sentyabrın 3-də Gürcüstanın Axaltsixe bölgəsindəki Orfolo hərbi poliqonunda “Agile Spirit 2017” çoxmillətli hərbi təlimləri başlayacaq. Virtualaz.org xəbər verir ki, təlimlərin təşkilatçısı ABŞ və Gürcüstandır.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə təlimlərd ABŞ dəniz piyadaları, habelə Gürcüstan, Bolqarıstan, Latviya, Rumıniya, Ermənistan və Ukrayna hərbçiləri iştirak edəcək. Hərbi təlimlər qərargah və səhra fazalarından ibarət olacaq. Başlıca məqsəd NATO-nun çevik reaksiya qüvvələrinin tərkibində, habelə ABŞ və digər tərəfdaş ölkələrlə qarşılıqlı fəaliyyəti yaxşılaşdırmaqdır.

Təlimlərin bir hissəsi Gürcüstan ordusunun zirehli tank təlim mərkəzində keçiriləcək və 11 sentyabrda başa çatacaq. Bu təlimlər Gürcüstanda üç həftə əvvəl keçirilən irimiqyaslı “Noble partner-2017” təlimlərinin ardınca təşkil olunur. Həmin təlimlərdə də Ermənistan hərbçiləri iştirak etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru