Dünyanın ən zəngin adamı dəyişib VİDEO

31-08-2017, 08:23           
Dünyanın ən zəngin adamı dəyişib   VİDEO
İspaniyanın “Inditex”şirkəti və “Zara” ticarət markasının yaradıcısı Amansio Orteqa “Forbes”un versiyasına əsasən dünyanın ən zəngin adamına çevrilib.

APA-nın məlumatına görə,“Inditex”-in səhmlərinin qiymətinin kəskin artması A.Orteqaya “Microsoft”un yaradıcısı Bill Geytsi üstələməyə imkan verib.

“Forbes”un hesablamalarına əsasən, hazırda A.Orteqanıın sərvəti 85 milyard dollar təşkil edir. Son ay ərzində 81 yaşlı iş adamı sərvətini 1,2 milyard dollar artıra bilib.

“Inditex”in başçısı bundan əvvəl iki dəfə, 2015 və 2016-cı illərdə "Forbes" jurnalının reytinqdə 1-ci yerə yüksəlsə də, qısa müddət ərzində birincilik yenidən B.Qeytsə keçib.
[media=https://www.youtube.com/watch?v=04wd7DACPQI]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.