Həkimlərin əməliyyat otağıda dava etməsi doğulacaq uşağın ölümünə səbəb oldu- VİDEO

31-08-2017, 08:50           
Həkimlərin əməliyyat otağıda dava etməsi doğulacaq uşağın ölümünə səbəb oldu- VİDEO
Hindistanda bir xəstəxananın əməliyyat otağında mübahisə edən həkimlər ana bətnindəki uşağın ölümünə səbəb olublar.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hindistanın Jodhpur bölgəsində Umaid adlı xəstəxanada həkimlərin əməliyyat otağında dava etdiyini göstərən video yayımlanıb. Həkimlərin əməliyyat olunacaq qadının əməliyyat öncəsi yemək yeyib yemədiyi üstündə mübahisə etdiyi bildirilir.

Videogörüntülərdən aydın olur ki, uşaq doğulandan qısa zaman sonra ölür.

Racastan məhkəməsi bölgənin ən böyük xəstəxanasında baş verən bu skandalla bağlı izahat tələb edib. Qadının xəstəxanaya təcili qeysəriyyə əməliyyatı tələbi ilə gətirildiyi bildirilir.

Bu görüntülər ortaya çıxdıqdan sonra həmin həkimlər işdən azad olunublar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru