Hindistanda 35 nəfər uçmuş üçmərtəbəli binanın altında qalıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Mumbay şəhərində baş verib. Hadisə yerində xilasetmə əməliyyatı aparılır. Xilasedicilər dağıntılar altından 3 nəfəri çıxara bilib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.