Şimali Koreyaya qarşı yeni plan: Neft embarqosu...

31-08-2017, 10:41           

Yaponiya və ABŞ Şimali Koreyaya qarşı növbəti sanksiyalar tətbiq etməyi, o cümlədən bu ölkəyə neft ixracına qadağa qoymağı planlaşdırırlar.

Axar.az xəbər verir ki, avqustun 29-da BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın Yaponiya üzərindən keçərək Sakit Okeana düşən ballistik raket sınağı ilə əlaqədar sədrin bəyanatını yayıb. Təhlükəsizlik Şurası Şimali Koreyadan belə təxribatçı hərəkətləri dayandırmağı tələb edib.

Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Beşşyo Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Jurnalistlərin Şimali Koreyaya qarşı neft embarqosunun tətbiqi barədə sualını cavablandıran K.Beşşyo bildirib ki, bu, mümkün variantlardan biridir.

ABŞ da Pxenyana qarşı neft embarqosunun tətbiqi təklifi ilə çıxış edib. Lakin bu addımın Şimali Koreya əhalisinin həyatına ciddi təhlükə yaradacağını bildirən Çin, bunun əleyhinə çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru