Rusiya ABŞ-ın içində müharibəyə hazırlaşır? - Təlim düşərgələri YARADILIR – VİDEO

31-08-2017, 17:19           

Rusiya Federasiyasının diplomatik missiyasının əməkdaşları ABŞ-ın bir neçə ştatında hərbiləşdirilmiş dəstələrdən ibarət şəbəkələr yaradır.

Publika.az xəbər verir ki, bu haqda “Slavic News in California” nəşrinə Ruslan Qurjiy yazıb.

Onun məlumatına görə, Kremlin ABŞ-da gözəçarpan aktivləşməsi Krımın zəbt edilməsi və Donbasa müdaxilədən sonra müşahidə olunmağa başlanıb.

“Onlar orada yağışdan sonra göbələklər kimi meydana çıxaraq Rusiya ilə bağlı qrupları təşkil edirdilər: fondlar, ansambllar, rus məktəbləri, kitabxanalar, ədəbi müsabiqələr, idman yarışları, müxtəlif oyunlar, hətta hərbi formalaşma prosesi”, - Qurjiy qeyd edib.

Müəllif qeyd edir ki, belə təşkilatların çox hissəsi səfirlik, konsulluqlar və başqa diplomatik idarələrin əməkdaşları tərəfindən yaradılır və maliyyələşdirilir. Onun sözlərinə görə, gənc rusiyalıların şüuruna vətənpərvərlik üzrə təsir Rusiya təsirinin əsas alətlərindən biridir.

Xüsusi diqqət hərbi məşqlər və sovet bayramlarının keçirildiyi müxtəlif düşərgələrin yaradılmasına ayrılır. Düşərgələrdə uşaqlara atıcı silahdan davranış qaydaları, bıçaqların atılması və sıra hazırlığı öyrədilir.

“”Rusiç” və “Skif” kimi təlim düşərgələri ABŞ-ın bütün ərazisi üzrə yayılılıb”, - Qurjiy əlavə edib.

Rusiyalılar Kaliforniya, Vaşinqton və Oreqon ştatlarında, həmçinin Sakramento, Sietl və digər şəhərlərdə daha çoxdurlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru