Moskva Vaşinqtonun Rusiyaya qarşı qeyri-dost addımlarına görə təəssüflənir və bunları cavabsız qoya bilməz.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Rusiya-ABŞ münasibətlərindəki böhranın təşəbbüskarı Moskva olmayıb.
Peskov Rusiyanın ABŞ-la xoş münasibətlər istədiyini bildirib.