Kraliçanın illərdir gizlətdiyi sirr – Diananın qızı

1-09-2017, 05:45           

Milyonlarla insanın sevimlisi şahzadə Diana barəsində uzun illərdir süni şəkildə gizlədilən sirrin üstü açılıb.

Kult.az xəbər verir ki, “Gala” jurnalınının xəbəri sensasiyaya səbəb olub.

İddiaya görə, Britaniya şahzadələri Uilyam və Harrinin bacısı var. Belə ki, 1982-ci ildə Kraliça II Yelizaveta şahzadə Diananın şahzadə Çarlzdan uşaq dünyaya gətirə bilmə qabiliyyətini yoxlamaq üçün ondan alınmış yumurtaların süni yolla mayalandırılmasını əmr vermişdi. Təlimatlara əsasən döllənmiş yumurta məhv edilməli idi, ancaq proseduru yerinə yetirən həkim döllənmiş yumurtaya sahiblənir və nəticədə uşağı onun həyat yoldaşı dünyaya gətirir. Bu yolla dünyaya gələn həmin qıza Sara adı verilir.

İndi ailə ABŞ-da yaşayır. Onlar təhdidlərə məruz qaldıqdan sonra həmin ölkəyə qaçıblar. Həmçinin şahzadə Uilyamın həyat yoldaşı Keyt Midltonla ABŞ-a səfəri zamanı Sara adlı həmin qızla görüşdüyü barədə məlumatlar yayılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.