Dəri xərçənginin dərmanı istehsal edildi - 20 illik araşdırmadan sonra
2-09-2017, 08:09

Kubada istehsal edilən Heberferon adlı dəri xərçəngi dərmanı bazara çıxdığı altı ay içərisində Kubadakı apteklərdə xeyli satılıb. Dərman xəstələrdə müsbət nəticələr verir.
Moderator.az bildirir ki, Kubada Genetik Mühəndisliyi və Biotexnologiya Mərkəzi tərəfindən dəri xərçənginin müalicəsi üçün 20 illik araşdırmadan sonra hazırlanan dərman şişin böyüməsinə maneə olur, lezyonları azaldır, ya da tamamilə yox edir.
Araşdırma prosesində iştirak edən bioloq Iraldo Bello dərmanın interferon alfa 2b və rekombinant interferon qamma maddələrinin sinerjistik bir kombinasiya olduğunu və dünyada bənzərinin olmadığını bildirib.
İnterferon normalda bədənin immunitet hüceyrələri tərəfindən qəbul dilir və çoxalan hüceyrələr intihara sürükləyə bilir. Beləliklə, xərçəngə qarşı da təsir göstərir.
Doktor Priscila Torres bazal hüceyrəli karsinoma xəstələrinin 60 faizinin dərmana müsbət cavab verdiyini bildirib və daha çox xəstənin Heberferondan fayda görə biləcəyini əlavə edib.
Heberferonun satışa çıxışından sonra xüsusilə göz, burun, ağız, baş dərisi, qulaq kimi həssas bölgələrdəki şişlərlə bağlı cərrahi əməliyyatlarda azalma müşahidə edilib.
Günəşə çox məruz qalma səbəbindən dəri xərçəngi Kubada ən geniş yayılmış xəstəliklərdən biridir. Doktor Iraldo Bello, bazara çıxdıqdan qısa müddət keçməsinə baxmayaraq dərmanın müxtəlif dəri xərçəngi xəstələrində müsbət dəyişikliklərə səbəb olduğunu deyib.