Qudurğanlıq... Britaniyada və Azərbaycanda

2-09-2017, 08:41           

Cambridge Universitinin tələbəsi Ronald Coyne Şotlandiyanın birinci baş naziri Nicola Sturgeon-un qohumudur. Buna baxmayaraq o, oxuduğu təhsil müəssisəsindən qovulub. Olayın səbəbi isə Azərbaycan insanı üçün olduqca ilgincdir. Bəli, söhbət qudurğanlıqdan gedir.

Tələbə £20 funtu evsiz bir insanın gözü qarşısında xüsusi əda ilə yandırıb. Və bu yekəbaşlığı lentə alaraq sosial şəbəkələrdə paylaşıb. Bundan xəbər tutan Cambridge Universitinin rəhbərliyi tələbəni məktəbdən qovub...

İndi həmin qudurğan gənc günahlarını yumaq üçün evsiz-eşiksiz adamlara təmənnasız olaraq çay, qəhvə, sandiviç paylayır. Çalışır ki, universitetə yenidən bərpa olsun. Hazırda bu mövzu Britaniya mətbuatının gündəmindədir...

Çiçəklənən vətənimizdə isə qudurğan məmur balaları son dərəcə bahalı maşınları sadə insanların üstünə sürür. Terrorçular sayaq onları təkərlərin altına salıb öldürürlər. Və pul-paradan verib həbsdən də yayınırlar...

Bİzdən fərqli olaraq, Britaniyada qudurğanlığın bütün formalarına qarşı cəmiyyətin kəskin təpkisi var. Ən önəmlisi isə odur ki, Britaniya Qanunların şah olduğu bir ölkədir...
Elbeyi Hesenli
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.