Buenos-Ayresdə polislə etirazçılar arasında toqquşma - 17 nəfər xəsarət alıb

2-09-2017, 10:20           
Buenos-Ayresdə polislə etirazçılar arasında toqquşma - 17 nəfər xəsarət alıb
Argentinanın paytaxtı Buenos-Ayresdə polislə etirazçılar arasında toqquşma baş verib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 17 nəfər xəsarət alıb, 23 nəfər saxlanılıb.

İnsidentə avqustun 1-də Çubut əyalətində mapuçe hindularının keçirdiyi etiraz aksiyasından sonra Santyaqo Maldonado adlı gəncin yoxa çıxması olub. Etirazçılar hökumətdən S.Maldonadonun tapılması üçün lazımi tədbirlər görməyi tələb ediblər. Yoxa çıxan gəncin qohumları isə onun polis tərəfindən aparıldığını iddia edirlər.

Bundan əvvəl Argentinanın Təhlükəsizlik naziri Patrisiya Bulriç S.Maldonadonun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını təkzib edib.

Qeyd edək ki, S.Maldonadonun yoxa çıxması ilə əlaqədar Argentinanın bir sıra əyalətlərində də etiraz aksiyaları keçirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru